Hacıqabul rayonunda “Sahibkarlığın inkişafına dövlətin güzəştli maliyyə dəstəyi və sahibkarların güzəştli maliyyə resurslarına çıxışı” mövzusunda tədbir kecirilib.
Azərbaycan Biznesinin İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Hacıqabul Rayon İcra Hakimiyyəti və kredit təşkilatlarının nümayəndələri, eləcə də, sahibkarların iştirakı ilə dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması və əhalinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması məqsədilə 2025-ci il 16 may tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.
Tədbir zamanı "Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası"nın tələbləri izah olunmuş, Fondun prioritet istiqamətləri haqqında məlumat verilmiş, sahibkarlarla kredit təşkilatlarının səlahiyyətli nümayəndələri arasında işgüzar münasibətlərin qurulması istiqamətində işlər aparılmış və sahibkarların maliyyə əlçatanlığı ilə bağlı çətinlikləri öyrənilmiş, eləcə də çətinliklərin aradan qaldırılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atılmışdır.