Turistlər üçün ən yaxşı ölkənin adı açıqlanıb

DÜNYA 16 may 2025, 18:27
Dünyanın hər yerindən gələn turistlərin səsverməsi ilə müəyyən edilən Conde Nast Traveler jurnalının 2024-cü il “Readers' Choice Awards” mükafatı başa çatıb. Oxucuların fikrincə, dünyanın turistlər üçün ən yaxşı ölkəsi məlum olub.

Demokrat.az xəbər verir ki, Yaponiya növbəti dəfə rəqiblərini geridə qoyaraq birinci yeri tutub. İveçrə, Fransa, Tailand və Yeni Zelandiya kimi dünya səyahətlərinin favoritləri siyahıda yüksək yer tutsalar da, Yaponiya böyük fərqlə birinci yeri qazanıb.

Yaponiyanın uğurunun arxasında onun təbii gözəllikləri, mədəni irsi, təmizliyi, yüksək həyat keyfiyyəti və inkişaf etmiş infrastruktur kimi bir çox elementi dayanır. Turistlərin ölkəyə marağını artıran amillərdən biri də yapon xalqının yardımsevərliyi və qonaqpərvərliyidir.



Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top