İspaniyalı televiziya aparıcısı və heyvan hüquqları müdafiəçisi Frank Kuesta verdiyi etirafla pərəstişkarlarını təəccübləndirib və ölkəsində geniş rezonansa səbəb olub.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı Frank Kuesta heyvanları qorumaq məqsədilə təsis etdiyi dərnək vasitəsilə toplanan ianələri şəxsi məqsədlərlə istifadə etdiyini etiraf edib.
.Bu açıqlama ictimaiyyət arasında ciddi narazılıq doğurub və İspaniyada media məkanında geniş müzakirələrə səbəb olub. Telejurnalist hadisəni "sistemin ikili standartlarına qarşı etiraz forması" kimi təqdim etsə də, onun bu bəyanatı hüquq müdafiəçiləri və heyvansevərlər tərəfindən sərt tənqid olunub.
Hazırda məsələ ilə bağlı araşdırma başladıldığı bildirilib.