"Qısa zamanda ölkəmizdə də data analitikası fənni üzrə ixtisas açılacaq, bu sahədə kadrlar yetişdiriləcək. Bu yenilik dinamik inkişaf edən əmək bazarının tələbinə uyğun olaraq baş verir. Bizdə də müasir kadrların hazırlanması vacibdir. Yenilik cəmiyyət, ali təhsil bazası və əmək bazarı üçün əhəmiyyətlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.
"Hazırda köhnəlmiş ixtisas yoxdur, proqramı yaxşı hazırlanmayan, tədrisi yüksək səviyyədə aparılmayan peşələr var. Bu peşələr hazırda əmək bazarında öz effektivliyini itirib. Həmin peşələrin proqramları yenidən hazırlanmalı və ya dünya sisteminə uyğunlaşdırılaraq yenidən canlandırılmalıdır. Hansısa ixtisas lazımsız ola bilməz, sadəcə əmək bazarına uyğunlaşdırmaq lazımdır".
Ekspert bildirib ki, müxtəlif ixtisasların kolleclərdə, peşə ixtisası müəssisələrində tədrisi aparılır:
"Düşünürəm ki, universitetlərdəki ixtisasların kolleclərə və.s köçürülməsi əhəmiyyətli olmayacaq. Əvvəla, ixtisasların açılması və ya ləğv olunması universitetlərin səlahiyyətində olmalıdır. Universitetlərdə infrastruktur, müəllim heyəti, ədəbiyyat bazası varsa bunun təsdiqini Təhsil Nazirliyindən gözləmək lazım deyil. Belə olan halda universitetlər daha çevik işləyə bilərlər. Nazirlik universitetlərə müəyyən azadlıqlar verilməsini təmin etməlidir".
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün ölkəmizdə ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində data analitikası ixtisasının açılması planlaşdırılır.
Əfsanə Kamal
Demokrat.az