Tanınmış aktyor müharibədə həlak oldu — FOTOLAR

DÜNYA 15 may 2025, 11:05
Ukraynalı aktyor Maksim Nelipa döyüş zamanı həlak olub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, ukraynalı aktyor və teleaparıcı Maksim Nelipa mayın 12-də öldürülüb, dostları və ailəsi mayın 14-də biliblər.

Nelipa 2022-ci ilin martında Silahlı Qüvvələr sırasına daxil olub.

Nelipanın digər dostları və həmkarları sosial şəbəkədə xatirələrini paylaşıblar.

"Bizim həmkarımız, teleaparıcı Maks Nelipa döyüş zamanı həlak olub", - jurnalist Yelena Filonova yazıb.

"İnana bilmirəm, ağır itkidir. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Maks, sənin təbəssümün həmişə yaddaşımızda qalacaq".

Qeyd edək ki, Nelipa məşhur televiziya proqramlarında, o cümlədən "Dizel şousu" komediyasında aparıcılıq edirdi.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top