Uzun ömür istəyirsinizsə, bu 4 qidanı evinizdən UZAQ TUTUN

MARAQLI 14 may 2025, 09:24
Dünyaca məşhur mütəxəssis Dan Buettner uzun və sağlam həyat istəyənlər üçün mətbəxdən tamamilə çıxarılması lazım olan dörd qidanı açıqlayıb.

Demokrat.az xəbər verir ki, bunlar emal olunmuş ətlər, şəkərli içkilər, çips və çox şirin qidalar sağlamlığı ciddi şəkildə zədələyir.
 
Buettner bu məhsulların evə daxil edilməməsini tövsiyə edir.

Emal olunmuş ətlər bağırsaq xərçəngi riskini artırır. Bu səbəbdən toyuq, hinduşka, yumurta və bitki zülallarına üstünlük verilməlidir.

Şəkərli içkilər və paketlənmiş şirniyyatlar piylənmə və diabet riskini artırır. Onların evdə saxlanılmaması tövsiyə olunur.

Cips və duzlu qəlyanaltılar ürək xəstəlikləri və böyrək problemlərinə yol açır. Günlük duz miqdarı məhdud olmalıdır.

Həddən artıq şirin qidalar cildin yaşlanmasına səbəb olur. Təzə meyvələr və şəkərsiz qəlyanaltılar daha sağlam seçimdir. (Milli.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top