
Rusiyalı milyarder Roman Abramoviç uzun müddət sonra sonra ilk dəfə Moskvada, Kremldə kameralara tuş gəlib.
Demokrat.az xəbər verir ki, onun görüntülərini Rusiya mətbuatı yayıb.
O, Rusiya və Ukrayna arasında mayın 15-də İstanbulda keçiriləcək danışıqlardan əvvəl görüntülənib. Milyarderin bu danışıqlarda iştirakı ilə bağlı suallar yaranıb.
Daha sonra TASS aydınlaşdırıb ki, Abramoviç də daxil olmaqla böyük biznes nümayəndələri Kremldə “Bolşoy” və “Mariinski” teatrlarının şurasının iclasında iştirak ediblər.

