ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker İstanbulda potensial Rusiya-Ukrayna danışıqlarının heç bir nəticə verməyəcəyini deyib.
Demokrat.az xəbər verir ki, bu barədə "UNIAN" yayıb.
Onun sözlərinə görə, tərəflərin görüşü heç bir irəliləyişə səbəb olmayacaq. O, iddia edir ki, birbaşa danışıqlardan sonra Rusiya Ukraynanı hər cür ittiham edəcək və insanlarda çaşqınlıq yaranacaq.
Volker üçüncü tərəflərin köməyi ilə məhbus mübadiləsinə diqqət yetirməyə, müvəqqəti atəşkəsə və ya enerji infrastrukturuna hücumlara son qoymağa çağırıb.
Volker bildirib ki, Putini gələcək hücumlardan çəkindirmək üçün Ukraynanın hərbi imkanlarına, təliminə, Ukraynanın Aİ- yə mümkün qədər tez inteqrasiyasına sərmayə qoyulmalıdır.
Mayın 11-nə keçən gecə çıxışı zamanı Vladimir Putin Kiyevə heç bir ilkin şərt olmadan İstanbulda birbaşa danışıqlar aparmağı təklif edib.
Əfsanə Kamal
Demokrat.az