Rusiyalı alimlər 3D printerdə əsl ət çap ediblər

DÜNYA 12 may 2025, 19:34
Don Dövlət Texniki Universitetinin (DSTU) rusiyalı alimləri 3D printerdə əsl ətin çapı üçün texnologiya hazırlayıblar. 

Demokrat.az
xəbər verir ki, bu barədə "Frontiers in Bioscience - Landmark" platformasındakı məqalədə deyilir. 

Əsl ət yaratmaq üçün donor heyvandan alınan hüceyrələrin bir hissəsi tələb olunur.  Materialı yığdıqdan sonra hüceyrələr rahat şəraitdə çoxalır. DSTU-nun mütəxəssisi Yevgeniya Kiriçenko qeyd edib ki, proses başa çatdıqdan sonra həmin maddə əsl ət dadına malik olur.

Mütəxəssis qeyd edib ki, uzunmüddətli perspektivdə bu texnologiya ət istehsalı xərclərini 20-30 faiz azalda bilər.
 
Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top