ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.
Bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Biz yenicə Ukrayna ilə nadir torpaq metalları üzrə saziş bağladıq və bu saziş onların qanunverici orqanı tərəfindən tam təsdiq edilib. Biz bunu yüksək qiymətləndiririk və mən prezident Zelenski ilə bir az sonra danışacağam”, - Tramp deyib.
Amerika lideri Zelenski ilə konkret hansı mövzuları müzakirə edəcəyini açıqlamayıb. (Report)