Ordubadın memarlıq irsi beynəlxalq konfransda təqdim olundu — FOTOLAR

İNCƏSƏNƏT 08 may 2025, 14:34
“Caucasus Traditional Building Revival (CTBR)” pilot layihəsi çərçivəsində Azərbaycanın “Habitat Lab” memarlıq şirkəti, Cənubi Qafqazda ənənəvi memarlığın və davamlı tikinti praktikalarının təşviqinə yönəlmiş regional konfrasda Azərbaycanı təmsil edibdir. 

“Habitat Lab”-in craçı direktoru Qumru Mirzəliyeva, Tiflisdə keçirilən layihənin yekun konfransında Azərbaycan adına Ordubadın memarlıq irsini təqdim etdi. Təqdimatda, Ordubadın  şəhərsalma toxuması, ənənəvi evlərində bağça istifadəsi, su-kəhriz sistemi, məkan quruluşu barədə ətraflı məlumat verildı. Bu təqdimat vasitəsilə ənənəvi tikililərin, müasir dayanıqlı dizayn yanaşmalarına necə ilham verə biləcəyi vurğulandı.

CTBR layihəsinin təşkilatçıları arasında Georgian Arts and Culture Center, Caucasus Through Time Network, Europa Nostra, European Heritage Hub kimi nüfuzlu təşkilatlar yer alır. “Habitat Lab” bu iştirakla, mədəni irsin qorunması və dayanıqlı memarlıq sahəsində əməkdaşlığına regional səviyyədə töhfə vermişdir.













SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 17:11
Top