Qubada vaxtından əvvəl doğulan üçəmlərin həyatı xilas olunub

SOSİAL 08 may 2025, 13:40
Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Regional Perinatal Mərkəzində riskli hamiləlik keçirən ananın üçəmləri dünyaya gəlib. Həkimlərin intensiv müalicə tədbirləri nəticəsində ananın və yenidoğulmuşların həyatı üçün təhlükə aradan qalxıb.

TƏBİB-dən Demokrat.az-a bildirilib ki, 12 ildən sonra riskli hamiləlik dövrü keçirən 1996-cı il təvəllüdlü Quba rayon sakini aprelin 22-də hamiləliyinin 35–36-cı həftəsində Quba Regional Perinatal Mərkəzinə hospitalizasiya olunub.

İcra olunan qeysəriyyə kəsiyi əməliyyatı nəticəsində ananın ilk hamiləliyindən 3 körpə (kişi cinsli) dünyaya gəlib. Üçəmlər doğulduğu zaman vəziyyətləri ağır qiymətləndirilib. İkisi 2 kiloqram, biri isə 1 kiloqram 800 qram çəkidə doğulan körpələr küvəz rejimində uzun müddət tənəffüs dəstəyi ilə təmin ediliblər.

Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində körpələr 14 gün ərzində stasionar müalicəyə cəlb olunublar.

Zəruri müayinə və müalicə prosesindən sonra üçəmlərin və ananın vəziyyəti stabil qiymətləndirilib, ötən gün sağlam şəkildə evə buraxılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 17:11
Top