"Heydər Əliyevə qarşı sevgi, hörmət və ehtiram hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq"

GÜNDƏM 08 may 2025, 13:16
Heydər Əliyevə qarşı sevgi, hörmət və ehtiram hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov mayın 8-də parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan xüsusi iclasında deyib.

Onun sözlərinə görə, müdrik liderlər xalqa verilən nemətdir: 

“Heydər Əliyev heç bir siyasətçiyə müyəssər olmayanı həyata keçirdi. Xalq heç bir siyasətçini eşitməyəndə Heydər Əliyevin səsinə səs verdi. Heç kim parçalanmış xalqı birləşdirə bilməyəndə Ulu Öndər Azərbaycanı birləşdirməyi bacardı. Onun başlatdığı siyasət həm yaşayır, həm də davam etdirilir. Azərbaycan xalqının 30 ilə qədər görmədiyi möhtəşəm qələbəni isə Ulu Öndərin varisi İlham Əliyev həyata keçirdi. Heydər Əliyev ədalətin təzahürü idi”. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top