"Maliyyə Nazirliyinin hərraclarından 500 milyon manata yaxın depozit cəlb etmişik"

MALİYYƏ 08 may 2025, 12:27
Azərbaycan Beynəlxalq Bankı (ABB) Maliyyə Nazirliyinin xəzinə qalığı üzrə keçirilən depozit hərraclarında 485 milyon manat vəsait cəlb edib.

Demokrat.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

O bildirib ki, Nazirliyin keçdiriyi bu hərraclar sektor üçün ilk təcrübədir. Bu vəsaitlərin bazarda kredit faizlərinə təsirinə gəlincə, ABB sədri qeyd edib ki, bu təsir hələlik məhduddur. Sözügedən depozitlər qısamüddətli olduğu üçün təsirləri proqnozlaşdırmaq çətindir.

Abbasov İbrahimov həmçinin əlavə edib ki, cəlb edilən vəsaitlər sektorun aktivlərinə nisbətdə kiçik olsa da, likvidlik baxımından müsbət addımdır.

“Mərkəzi Bank bu hərracların genişləndirilməsi və təkcə sistem əhəmiyyətli bankların deyil, digər banklarında cəlb edilməsi üzərində işləyir”- A.İbrahimov əlavə edib.

Dövlət iri banklarda 1,5 milyard manat depozit yerləşdirib.

Maliyyə Nazirliyi tərəfindən ilk dəfə depozit hərracı Aprelin 11-də keçirilib. 11 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

24 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri 5 bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top