Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev deyib ki, əgər kiberdələduzluğa məruz qalan pullar Azərbaycandadırsa, tapılır, amma xaricdədirsə, tapılmır.
“Pul vəsaiti kartdan çıxarılıbsa, 1 saat ərzində xəbər verilmirsə, sonra pul itir, ölkədən çıxarılır. Sonradan bilmək olmur o pul hara gedir. Kibercinayətlərə müəllimlər, həkimlər, yüksək vəzifəli şəxslər də məruz qalır. Bankların təhlükəsizliyində problem yoxdur. Günahkar axtarmayaq”, - DİN rəsmisi vurğulayıb.Vtəndaşlarımız kibertəhdidlər kontekstində sosial şəbəkə məsələlərində çox ehtiyatsızdır. Bugünkü dövrdə ən çox narahatlıq yaradan hallar - kiberdələduzluq, kiberoğurluqdur” , - DİN rəsmisi vurğulayıb.
Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, ölkəmizdə kiberdələduzluq və kiberoğurluq halları sadəcə texnoloji təhlükə deyil, eyni zamanda sosial, hüquqi və psixoloji bir problemdir. Artıq bu cür cinayətlərə müəllimlər, həkimlər, hətta alimlər də məruz qalır. Bu da onu göstərir ki, heç kim tam olaraq sığortalanmayıb. Bu cinayətlər fərqli yollarla həyata keçirilə bilər:
“Phishing (aldadıcı e-poçtlar və linklər): İnsanlar bank və ya rəsmi qurum adı ilə gələn e-maillərə klikləyərək kart məlumatlarını paylaşırlar. Bəzən sosial şəbəkədə “sənə mükafat düşüb” tipli mesajlarla aldadılırlar.
Fake (saxta) investisiya və iş elanları: Bu tip fırıldaqlar son dövrlərdə xüsusilə gənclər arasında yayılıb. “Asan pul qazan” vədləri ilə insanlar virtual platformalarda aldadılır.
Whatsapp və Telegram üzərindən fırıldaqlar: Bu platformalar vasitəsilə tanışlarının profili oğurlanaraq onların adından pul istənilir. İnsanlar düşünür ki, həqiqətən dostu ona yazıb.
Mobil tətbiqlər vasitəsilə məlumat oğurluğu: Bəzi qeyri-rəsmi tətbiqlər telefonlara yüklənəndə arxa planda istifadəçinin məlumatlarını oğurlayır, o cümlədən kontaktlar, şəkillər və bank məlumatları oğurlanır. Ekran qaraldılır ki, istifadəçi fərqində olmasın”.
Ekspert əlavə edib ki, təhlükəsizlik üçün atıla biləcək bəzi ümümi addımlar var:
“Fərdi təhlükəsizlik mədəniyyəti yaratmalıyıq. İnsanlar anlamalıdır ki, hər sms və ya e-mail-ə etibar etmək olmaz. Texnoloji savadlılıq orta və ali məktəblərdə tədris olunmalıdır. Sosial mühəndislik üsullarına qarşı ayıq olmalıyıq. Mənfi niyyətli insanlar psixoloji manipulyasiya ilə insanları aldadır. Bu üsullar təzyiq, təcili qərar vermə, nəzakət üzərindən qurulur. Məsələn, əgər indi məlumat verməsəniz, kartınız bağlanacaq kimi təhdid növlü mesajlara qətiyyən inanmamaq lazımdır. Maarifləndirmə daha da genişlənməlidir. Hər bir insan öz kartı, bank əməliyyatları, onlayn alış-veriş haqqında əsas biliklərə malik olmalıdır. Mütəmadi sosial kampaniyalarla bu mövzularda məlumatlar yaymalıdır. Pul ölkədən çıxdıqdan sonra izləmək çətinləşir. Hadisə baş verən kimi bank və hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır. İnsanlar şəxsi məlumatlarını sosial şəbəkələrdə paylaşmaqdan çəkinməlidirlər (doğum günü, telefon nömrəsi, ünvan və s.). Eyni zamanda yaxşı olar ki, sosial media təlimləri, xüsusilə yeniyetmələr və yaşlı nəslə yönəlik hazırlanmalıdır”.
B.Əliyev kiberdələduzluğa məruz qalanlara tövsiyyə edib:
“Bankınız ilə dərhal əlaqə saxlayın və kartı bloklayın.
Hüquq mühafizə orqanlarına müraciət edin.
Dəlilləri toplayın (mesajlar, screenshot, telefon nömrəsi, vaxt).
Profil və cihaz təhlükəsizliyini yoxlayın: şifrələri dəyişin, antivirus proqramı işə salın.
Ətrafınızdakıları xəbərdar edin ki, sizin adınızdan gələn mesajlara inanmasınlar.
Bu sahədə real və təsirli mübarizə üçün həm fərdi təşəbbüslər, həm də institusional dəyişikliklər vacibdir. Təkcə texniki tədbirlərlə deyil, təhlükəsizlik mədəniyyəti formalaşdırmaqla uzunmüddətli həllə nail olmaq mümkündür”
Leyla Turan
Demokrat.az