May ayında ölkə ərazisində havanın temperaturu tədricən artır. Son illərdə may ayında hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçir. May ayında ilin fəslinə uyğun olaraq isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır.
Psixoloq Gövhər Məmmədova Demokrat.az-a bununla bağlı açıqlama verib.
O qeyd edib ki, hər fəsil dəyişikliyi zamanı orqanizmimiz və psixoloji durumumuz təbii olaraq həmin dəyişikliyə uyğunlaşmağa çalışır:
“Bu dövrlər arasında ən çox hiss olunan dəyişikliklər isə yaz fəslinə keçid zamanı baş verir. Bu hal çox zaman "yaz yorğunluğu" adlandırılır. Yaz fəslində bir çox insanlar özlərini halsız, yorğun və ruhdan düşmüş hiss edirlər. Bəzən bu durum müxtəlif ağrılarla da müşahidə olunur. Xüsusilə baş ağrıları, miqren, boyun nahiyəsində ağrılar və ümumi bədən narahatlığı kimi problemlər üzə çıxır. Bu fiziki simptomlar insanın ruh halına da təsir göstərərək psixoloji vəziyyətin pisləşməsinə səbəb olur. Yaz aylarında havanın isinməsi və atmosferdəki elektrik yükünün artması maddələr mübadiləsini sürətləndirir. Bu dövrdə damarların genişlənməsi də müşahidə olunur ki, bu da bəzən orqanizmdə ağrılar və halsızlıq yarada bilir. Eyni zamanda, günlərin uzanması yuxu ritminə təsir edir və bu da yuxusuzluq problemlərinə gətirib çıxara bilər”.
Psixoloq əlavə edib ki, yaz yorğunluğundan qorunmaq və bu dövrü daha rahat keçirmək tövsiyələrə əməl etmək faydalıdır:
“Bu tövsiyələrə gecə 7-8 saat yatmaq aiddir. Gün ərzində müəyyən müddət günəş altında olmaq serotonin səviyyəsini artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır. Açıq havada gəzinti və yüngül idman fəaliyyəti bədənin fəsilə uyğunlaşmasına kömək edir. Orqanizmin susuz qalmaması enerji səviyyəsinin sabit saxlanması üçün vacibdir. Bu sadə vərdişlər vasitəsilə yaz fəslinin gətirdiyi yorğunluq və halsızlığı azalda, iş qabiliyyətinizi və əhvalınızı yüksəldə bilərsiniz”.
Leyla Turan
Demokrat.az