Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Ukrayna məsələsini müzakirə edib.
Bu barədə Demokrat.az Türkiyə liderinin ofisinə istinadən məlumat verir.
Ofisdən bildirilib ki, prezident Ərdoğan ABŞ prezidenti Trampın müharibələrə son qoymağa yanaşmasını dəstəklədiyini bildirib və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün səylərini yüksək qiymətləndirib.
Bundan əlavə, Ərdoğan və Tramp Türkiyə və ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər. Türkiyə lideri bildirib ki, Ankara Vaşinqtonla bir çox sahələrdə, o cümlədən müdafiə sənayesində əməkdaşlığın daha da inkişaf etdirilməsini gözləyir.
Ərdoğan Trampla telefon danışığı zamanı ABŞ və İran arasında aparılan danışıqlar prosesini də yüksək qiymətləndirib.
Əfsanə Kamal
Demokrat.az