AKP: PKK-nın silahı yerə qoyması dönüş nöqtəsi olacaq

DÜNYA 05 may 2025, 20:53
Türkiyə PKK terror təşkilatının yaxın zamanda tam şəkildə silahı yerə qoyaraq fəaliyyətinə son qoyacağını gözləyir.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında deyib.

“Terrorsuz Türkiyə” hədəfinə çatmaq üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik. Əsas dönüş nöqtəsi PKK-nın bütün qollarının birlikdə silahı yerə qoyaraq özünü buraxması olacaq”, - Çelik qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top