"RİA Novosti":"Azər Badamov barəsindəki tədbirlər fərdi xarakter daşıyır"

GÜNDƏM 05 may 2025, 19:50

"Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov barəsindəki tədbirlər fərdi xarakter daşıyır".

Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" mənbəyə istinadla məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, deputatın ölkəyə buraxılmamasının səbəbi Rusiya haqqında səsləndirdiyi fikirlər olub:

"Bu, Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişafında dəyişməz qərarlılığına təsir göstərmir".

Qeyd edək ki, A.Badamov mayın 4-də Moskva aeroportunda saxlanılıb və geri qaytarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top