Kərkükdə qum fırtınası: 94 nəfər boğulmaq təhlükəsi ilə üzləşib

DÜNYA 05 may 2025, 21:25
İraqın cənub və qərb əyalətləri başda olmaqla bir çox bölgəyə təsir edən qum fırtınası Kərkük şəhərində 94 nəfərin boğulma təhlükəsi ilə üzləşməsinə səbəb olub.

Demokrat.az
xəbər verir ki, Kərkük Sağlamlıq Müdirliyindən verilən açıqlamada, şiddətli qum fırtınası səbəbindən şəhərdə onlarla insanın nəfəs darlığı yaşadığı bildirilib.

Qum fırtınası səbəbindən boğulma təhlükəsi altında olan 94 nəfər xəstəxanalara çatdırılıb.

Şəhərdə vəziyyətin nəzarət altına alındığı və xəstəxanaya yerləşdirilənlərin bəzilərinin evə buraxıldığı açıqlanıb.

Əfsanə Kamal
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top