Dünyada ərzaq qiymətləri qalxıb

DÜNYA 02 may 2025, 20:33
Dünya bazarında ərzaq qiymətlərinin məcmu göstəricisi mart ayı ilə müqayisədə 1% bahalaşıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Təşkilat aprel ayında taxılın qiymətinin mart ayı göstəricisindən 1,2% çox olduğunu bildirib.  Süd məhsullarının qiymət indeksi 2,4% artıb. Ətin qiymətləri də xeyli artıb. Ətin qiyməti aprel ayında  3,2% artıb. Beynəlxalq qiymətlər bütün kateqoriyalar üzrə yüksəlib.

Aprel ayında bitki yağlarının qiyməti 2,3% azalıb. 

FAO-nun fikrincə, əsas səbəb tədarükün artması səbəbindən palma yağının qiymətinin düşməsidir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top