Dövlət İdarəçilik Akademiyası və Naxçıvan Təlim Mərkəzi birgə vebinar keçirib

GÜNDƏM 02 may 2025, 19:51
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik siyasəti: Suverenliyə aparan yol” mövzusunda genişmiqyaslı vebinar keçirilib. Vebinarda Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarında çalışan 180-ə yaxın əməkdaş iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni dövlət idarəçilik modelinin əsas xüsusiyyətlərinə – şəffaflıq, çeviklik, rəqəmsallaşma və innovativ yanaşmaların tətbiqi məsələlərinə xüsusi diqqət çəkib. O, həmçinin Azərbaycanın son 30 ildə keçdiyi inkişaf mərhələləri, sosial-iqtisadi sabitliyin təmin olunması və dövlət idarəçiliyində müasir yanaşmaların uğurlu tətbiqindən bəhs edib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən vebinarda Azərbaycanın regional və qlobal müstəvidə sürətlə artan nüfuzu, beynəlxalq təşəbbüslərdəki fəal iştirakı və ölkədə formalaşmış səmərəli inkişaf modeli haqqında ətraflı məlumat verilib. İştirakçılar dövlət başçımız tərəfindən uğurla həyata keçirilən siyasi xətt sayəsində Azərbaycanın yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının nüfuzlu aktorlarından birinə çevrildiyini vurğulayıblar.
Vebinar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı” çərçivəsində keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top