Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı-ekspert Razi Abasbəyli bildirib ki, saatlıq əmək haqqı sistemi dünyanın bir çox inkişaf etmiş ölkələrində uğurla tətbiq olunur:
“Bu, əhalinin müxtəlif sosial qruplarını əhatə edən çevik mexanizmlər üzərində qurulub. Xüsusilə ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün müəyyən edilmiş iş saatlarında işləməyə icazə verilməməsi, eləcə də əhalinin sağlamlıq vəziyyətinə görə fərqli saatlıq iş qrafiklərinin hazırlanması bu sistemin ədalətli əsaslara söykəndiyini göstərir. Bu mexanizm, həm işəgötürənlər, həm də işçilər üçün şəffaf və ədalətli əmək münasibətlərinin qurulmasına imkan verir”.
O əlavə edib ki, özəl sektorda saatlıq minimum iş prinsipi əməkhaqlarının artımına da səbəb ola bilər:
“Belə ki, işəgötürənlər ay ərzində 200 saatlıq iş təklif edə bilər və bu saatlar günün müxtəlif dövrlərinə uyğun bölünə bilər. Məsələn, axşam və gündüz saatları üzrə. Axşam saatlarında işləyənlər üçün fərqli, gündüz saatlarında çalışanlar üçünsə daha aşağı tariflər təyin oluna bilər. Eyni zamanda fiziki baxımdan ağır və yüngül əmək tələb edən işlər arasında da fərqli əməkhaqqı tarifləri tətbiq oluna bilər. Bu yanaşma həm işçilərin ədalətli şəkildə qiymətləndirilməsinə, həm də ümumi əməkhaqlarının yüksəlməsinə şərait yaradır. Qeyd etmək lazımdır ki, dövlət sektorunda bu mexanizm eyni effekt verməyə bilər. Belə ki, dövlət müəssisələrində vahid tarif cədvəri tətbiq olunur və bütün əmək haqları bu cədvələ əsasən hesablanır. Nəticədə, saatlıq əməkhaqqı sistemi dövlət sektorunda əməkhaqlarına əhəmiyyətli təsir göstərmir. Bununla belə, özəl sektorda saatlıq əməkhaqqı sistemi həm rəqabətli əmək bazarının formalaşmasına, həm də işçi hüquqlarının qorunmasına yönəlmiş mühüm addım kimi qiymətləndirilə bilər”.
Leyla Turan
Demokrat.az