"Həmin verilişlərdə hüquqşünaslar özəri insanların hüquqlarını tapdayırlar. İnsanların özlərinin də düşüncəsi olmalıdır. Yoldaşından ayrılan, şiddətə məruz qalan məhkəməyə, polisə yox, televiziyaya üz tutur. Qayınanasından xoşu gəlməyən verilişlərə çıxır. Şəxsən bir şeyə şahidi olmuşam ki, həyat yoldaşından xəyanətə görə şübhələnən kişi əlindəki sübutları məhkəməyə yox, studiyaya təqdim edib".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib:
Sədr bildirib ki, bu insanlara azərbaycanlı demək olmaz:
"Televiziyaların da günahı ondadır ki, belə əcaib insanları efirə çıxarırlar. İnsanlar televiziyada görünmək üçün hər şey etməyə hazırdılar. Verilişlər də reytinq xatirinə bu insanlara şərait yaradır. Qadağalar qüvvəyə minsə də bu formatda verilişlər sabah sosial şəbəkələrə keçəcəklər. İnsanlarda abır, həya qalmayıb. Əvvəllər 1000 insandan biri belə idisə, indi 100 insandan 90-ı bu təfəkkürə sahibdir".
Onun sözlərinə görə, belə nadürüst insanlara şərait yaratdığı üçün jurnalistlərdə də təqsir böyükdür:
"Efirlərdə məşhurlaşan insanlar sosial şəbəkələrə keçirlər. İnsanlarda da günah var ki, belələrinə yardım edir, hədiyyə atırlar. Boş-bekar insanlar da görür ki, rahat qazanc əldə etmək olur, bu yola üz tutur. Ən başda televiziyalar jurnalist etikasına əməl etməlidirlər. İnsanların üzü göstərilməməli, adları çəkilməməlidir. Dünya təcrübəsi belədir. Biz isə Türkiyədə nə qədər pis veriliş varsa, hamısını kopyalayırıq".
Qeyd edək ki, Ali Məhkəmə ailə həyatına müdaxiləyə dair qərar qəbul edəcək. Qərarın televiziya verilişlərinə ciddi təsir edəcəyi bildirilir.
Əfsanə Kamal
Demokrat.az