"Sağlam və savadlı cəmiyyət isə hər bir dövlətin təməlidir"
Bunu Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib:
“Zamanında böyük sənətkarlarımız Əliağa Ağayev və Fazil Salayevin bir səhnəsində hazır dualardan və xüsusilə "ağıl duası"ndan bəhs edilirdi. Həmin səhnə cəmiyyətimizin bir güzgüsü idi. Burada bir gerçəklik var: insan ağıl problemi ilə üzləşdiyi anda, ilk növbədə öz şüurunu işə salmalı, elmi və tibbi həll yollarına üstünlük verməlidir. Təəssüf ki, bu səhnələr indi də həyatımızın reallığına çevrilib. Bugünkü vəziyyətin səbəblərindən biri də təhsilin bəzi sahələrdə zəifləməsidir. Təhsil səviyyəsi aşağı olduqca, cəhalət artır, insanlar elmdən çox xurafata, tibbdən çox mollalara üz tutur. Biz bu istiqamətdə ciddi düşünməliyik. Cəmiyyətimizi elm və təhsillə gücləndirməli, vətəndaşlarımızı savadla silahlandırmalıyıq. Cəhalətlə mübarizənin yeganə yolu təhsilin gücləndirilməsidir”.
O qeyd edib ki, tibb sahəsində də güvən artırılmalıdır.
“İnsanlar anlamalıdırlar ki, tibbi problemlərin cavabı dua yazan mollada deyil, peşəkar həkimlərdə və elmi əsaslara söykənən müasir tibbdədir. Təəssüf ki, bəzən hətta bəzi savadsız şəxslər özlərini həkim kimi təqdim edib, insanları aldatmağa çalışırlar. Bu da cəmiyyətin tibbi etimadını zəiflədir. Buna qarşı effektiv mübarizə yolu odur ki, cəmiyyətə savadlı və təcrübəli həkimlərimizi tanıdaq, onların xidmətlərini önə çıxaraq, ictimai rəyi doğru istiqamətə yönləndirək. Beləcə, insanlarımız öz sağlamlığı ilə bağlı mövzularda elmi yanaşmalara etibar edəcək, tibbdən fayda tapacaq. Unutmayaq ki, yalnız təhsil və elm vasitəsilə cəhalətin, xurafatın və savadsızlığın qarşısını ala bilərik”.
Leyla Turan
Demokrat.az