Gəncədə Xalq artisti Samir Cəfərovun solo konserti keçiriləcək

MƏDƏNİYYƏT 25 aprel 2025, 10:33
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Xalq artisti Samir Cəfərovun "Sən elə bir zirvəsən" adlı solo konserti baş tutacaq.
 
Demokrat.az
xəbər veriri ki, konsert 9 may saat 19:00-da keçiriləcək.

Konsertdə Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi əsərləri səsləndiriləcək. Xalq artisti  “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Sənə də qalmaz”, “Sevgili canan”, “Azərbaycan” və digər mahnılarla çıxış edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top