Avropa çempionatı: Azərbaycanın daha beş cüdoçusu mübarizəyə başlayır

İDMAN 25 aprel 2025, 09:02
Azərbaycanın daha beş cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.

Demokrat.az xəbər verir ki,  kişilərdən Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), və Murad Fətiyev (90 kq) tatamiyə çıxacaqlar.

Qadınlardan isə Günel Həsənli ilə Südabə Ağayeva (hər ikisi 70 kq) qüvvəsini sınayacaq.

Daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 aprel 2025, 14:05
25 aprel 2025, 13:25
Top