Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin direktoru Nino Tsereteli və digər rəhbər şəxslər iştirak ediblər.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib ki, Gürcüstan və Azərbaycan əməkdaşlığa dair anlaşma memorandumun imzalanması müsbət dəyərləndirilə bilər:
“Bu, təhsilimizdə obyektiv qiymətləndirməyə təsir edəcək. Hər iki qurum təhsil sistemində imtahan prosesinə nəzərat edir. Bu da öz növbəsində imtahan prosesi ilə bağlı müəyyən qayda və qərarlara müəyyən anlaşmalar edə bilərlər. Ümid edirəm ki, həm Gürcüstan, həm də Azərbaycanda keçirilən qəbul imtahanları və yaxud da buraxılış imtahanlarında tam obyektiv qiymətləndirməyə görə hər iki ölkənin təcrübələrindən istifadə olunar. Bu da daha ciddi bir dəyişikliklə nəticələnə bilər”.
Leyla Turan
Demokrat.az