YapiKredi Müraciət Forması
Dünya

İranın Trampa qarşı sui-qəsd cəhdi planlaşdırdığı bildirilir - KİV

İranın Trampa qarşı sui-qəsd cəhdi planlaşdırdığı bildirilir - KİV

İsrailin xarici kəşfiyyat xidməti "Mossad" ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd planı barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini rəsmi şəkildə məlumatlandırıb.

Demokrat.az xəbər verir ki, bu haqda "Israel Hayom" qəzetinin məlumat yayıb.

Mənbə bildirib ki, İran tərəfindən Ağ Ev rəhbərinə və prezident administrasiyasına qarşı planlaşdırılan hücumla bağlı məlumat başqa bir Qərb kəşfiyyat xidməti tərəfindən də təsdiqlənib. İddiaya görə, hücum üçün potensial vasitə qismində partlayıcı maddələrlə yüklənmiş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməsi nəzərdən keçirilir.

Məlumdur ki, "Mossad" direktoru Roman Hoffman hazırda ABŞ-dədir və burada Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ilə görüş keçirib. Hazırda bir sıra yüksək vəzifəli şəxslər təhlükəsiz məkanlara köçürülüb. Bunların sırasına xüsusilə Maliyyə naziri Skott Bessent, Dövlət katibi Marko Rubio və Müdafiə naziri Pit Heqset daxildir. Bundan əlavə, Donald Trampın ictimaiyyət qarşısına çıxışları qeyri-müəyyən müddətə məhdudlaşdırılıb.

B
Qeyd edilməyib