YapiKredi Müraciət Forması
Dünya

Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi

Təyyarənin qaçırılacağı iddiası Moskvaya uçuşu iki saat gecikdirdi

Rusiyanın Volqoqrad şəhərindən Moskvaya uçmalı olan sərnişin təyyarəsinin reysi təhlükəsizlik yoxlamalarına görə iki saat gecikib. Buna səbəb sərnişinlərdən birinin hava gəmisinin qaçırılacağı ilə bağlı iddiası olub.


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya mediası mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisədə şübhəli bilinən şəxs Qazaxıstanda doğulmuş 42 yaşlı kişi olub. Onun sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Kişi polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, həmin şəxs əvvəllər oğurluq və qətllə hədələmə cinayətlərinə görə məhkum edilib.

İnsidentdən sonra təyyarə və sərnişinlərin baqajı yoxlanılıb. Kinoloqların xidməti itlərlə apardığı axtarış zamanı partlayıcı maddə və şübhəli əşyalar aşkarlanmayıb. Təhlükəsizlik tədbirləri səbəbindən reysin yola düşməsi iki saat təxirə salınıb.

B
Qeyd edilməyib