Autizmli şəxslərin cəmiyyətə effektiv inteqrasiyası, onların keyfiyyətli təhsilə çıxış imkanlarının artırılması, əmək məşğulluğunun təmin edilməsi, həmçinin cəmiyyətin autizm haqqında düzgün məlumatlandırılması diqqət və qayğı tələb edən məsələlərdir. Çox müsbət haldır ki, cəmiyyətimizin autizm haqqında məlumatlılıq səviyyəsi daim artır.
Demokrat.az xəbər verir ki, bu fikirləri “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva Bakıda keçirilən Beynəlxalq Autizm Konfransının açılış mərasimində deyib. O vurğulayıb ki, “Regional İnkişaf” İctimai Birliyinin 2018-2020-ci illərdə həyata keçirdiyi "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi əhəmiyyətli nəticələr əldə edib: “Layihə çərçivəsində Azərbaycan Dövlət Pedoqoji Universiteti və onun Şamaxı, Quba, Şəki, Cəlilabad və Ağcabədi filiallarında 6 İnklüziv Təhsil Mərkəzi yaradılıb və tam təchiz edilib. Beynəlxalq ekspertlərlə birlikdə İnklüziv Təhsil üzrə Müəllim İnkişafı Proqramları hazırlanıb və onlar əsasında 1000 ibtidai sinif müəllimi, 250 məktəb direktoru, 400 müəllim-professor heyəti, 2 mindən çox tələbə, 600-dən çox valideyn inklüziv təhsil üzrə məlumatlandırılıb. Eyni zamanda, iki beynəlxalq dərslik və 10-dan çox əyani vəsait tərcümə olunaraq çap edilib. Bunlar ali və orta məktəblərə paylanılıb, inklüziv təhsilə dair portal yaradılaraq ictimaiyyətin istifadəsinə verilib”.