Politoloq: “Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycanın bir-birinə maraqları var”

GÜNDƏM 23 aprel 2025, 15:25
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək.  Etsin Tarar deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev onu səfərə dəvət edib. Səfər sentyabrın ilk həftəsinə planlaşdırılır. 

Politoloq Ramiyə Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycana maraqları var:

“Həmçinin, Azərbaycanın da o ölkədə iqtisadi və siyasi maraqları var. ŞKTC-də iş yatırımları və investisiyalar nəzərdə tutulub. Eyni zamanda iki dövlət arasında həm investisiyalar, həm iqtisadi baxımdan lahiyələr nəzərdə tutulub. 

Təbii ki, bu, o deməkdir ki, Türk dövlətlərinin arasında ŞKTC-ni gələcəkdə görmək istəyirik. Cümhuriyyəti müşahidəçi kimi deyil, eyni Türk cümhuriyyətlərinin rəhbəri kimi onu da gələcək Türk dövlətləri birliyində görmək məsələsi də təbii ki, gündəmdədir”.

Politoloq qeyd edib ki,  ŞKTC-nin bir çox dövlətlər tərəfindən qəbul olunması gələcək rolunu təsdir edəcək:

“Azərbaycanın Türkiyə ilə olan münasibətləri nə qədər çox dərinə getsə, eyni zamanda da ŞKTC  ilə də o qədər yüksək səviyyədə olacaq. Bu iki dövlət arasındakı həm iqtisadi, həm siyasi təsirlər özünü gələcəkdə göstərmək ehtimalı böyükdür. 

Eyni zamanda iki cəmiyyətin bir-birinə inteqrasiyası gələcək üçün də çox önəmlidir. Bu dövlətlə nə qədər çox işlər görüləcəksə onun legitimliyi daha da artacaq”. 


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top