Azərbaycan Kubokunda bu gün finalçılar BƏLLİ OLACAQ

İDMAN 23 aprel 2025, 09:20
Futbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək.

Demokrat.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
 
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 17:00-da start götürəcək. İlk matçda Naxçıvan təmsilçisi qalib gəlib - 1:0.

Digər görüşdə isə "Neftçi" "Sabah"ın qonağı olacaq. Bu oyun saat 20:00-da başlayacaq. "Ağ-qaralar" daha əvvəl evdə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top