"Qlobal dəyişikliklər fonunda Çin Amerikanın dünyadakı super güc rolunu dəyişməyi hədəflədiyi üçün müəyyən addımlar atır. Afrikaya olan investisiyalar, Şərqi Avropa ölkələrində Çin kapitalının ayaq açması, türk dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, Panama kanalı ətrafında baş verənlər buna misaldır. Çin digər ölkələri hərbi və təzyiq yolu ilə əzmədən öz inkişaf tempini sürətləndirir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
O bildirib ki, Çin hesab edir ki, Trampın addımları səbəbindən Avropa ilə müəyyən anlaşılmazlıqlar yarana bilər:
"Bu anlaşmazlıqlar fonunda Çin Avropa kimi rəqibdən özünə tərəfdaş yarada bilər. Son 30-40 il ərzində Avropanın təhlükəsizliyi xüsusilə NATO çərçivəsində şaxələndiyi üçün hazırda ciddi təlatümlər yaşadığını görürük. Avropa güc baxımından Rusiya, ABŞ kimi olmasa da, güc mərkəzidir, təsir imkanları var, tranzit yollar üzərindədir. Çin düşünür ki, belə böyük bazarla əməkdaşlıq etməklə onları ABŞ-dən ayıra bilər. "Bir kəmər, bir yol" layihəsi, orta dəhlizin açılması göstərir ki, Çin özünün rolunu aparıcı hala gətirmək istəyir".
Politoloqun sözlərinə görə, Orta dəhlizin açılması və qısa zamanda perspektivli hala gəlməsi üçün Zəngəzur dəhlizinin açılması məsələsi üzərində dayanıldığını görürük:
"Azərbaycana İran üzərindən keçən yollar çox da etibarlı hesab edilmir. İran qeyri-stabil ölkədir. Avropa dövlətlərinin fə İran siyasəti hər kəsə bəllidir. Gürcüstan vasitəsilə uzanan yolun xərci və riskləri çoxdur.
Bütün bunlar fonunda Zəngəzur dəhlizi ən yaxşı varianta çevrilir. Zəngəzur dəhlizi təkcə Çin və Avropa maraqlarına deyil, həm də region dövlətlərinə faydalı olacaq. Bu gün dəhlizin açılmasını Çin, Avropa, regional qüvvələr istəyir. Dəhlizin açılması yeni iqtisadi imkanlar vəd edir".
Əfsanə Kamal
Demokrat.az