"Biz daha güclü qayıdacağıq" — Mahir Emreli

İDMAN 20 aprel 2025, 10:19
"Hər məğlubiyyət bir dərsdir".

Demokrat.az xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" klubunda çıxış edən Mahir Emreli şəxsi instaqram hesabında yazıb.

27 yaşlı hücumçu II Bundesliqanın XXX turunda doğma meydanda "Paderborn"a uduzduları matç haqqında fikirlərini bölüşüb:

"Bu, gözlədiyimiz nəticə deyil. Buna baxmayaraq, mübarizə apardığımız üçün qürur duyuruq. Komanda ilə fəxr edirik. Biz daha güclü qayıdacağıq. Dəstəyiniz üçün minnətdarıq".

Qeyd edək ki, "Nürnberq"in "Paderborn"a 2:3 hesabı ilə məğlub olduğu görüşdə komandanın qollarını Mahir Emreli vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 aprel 2025, 15:46
Top