Məktəbliləri daşıyan avtobus aşdı: Yaralılar var

DÜNYA 18 aprel 2025, 09:15
ABŞ-nin Cənubi Karolina ştatında məktəb avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Bu barədə yerli yol patruluna istinadən "Fox News" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, insident cümə axşamı günortadan sonra Cənubi Karolina ştatının Çester dairəsinin Riçburq şəhəri yaxınlığında baş verib. Payn Ridj Liseyindən bir qrup şagirdi üç avtobusda ekskursiyadan qayıdırmış.

Avtomobilin təkərlərindən biri partlayıb və nəticədə avtomobil aşıb. “Fox News” qeyd edib ki, avtobusda 35 məktəb şagirdi və üç böyük olub.

"On səkkiz nəfər xəsarət alıb, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Bir nəfər ölüb", - telekanal Cənubi Karolina şosse patrul xidmətinə istinadən xəbər verir.

Məlumata görə, digər iki məktəb avtobusu qəzaya uğramayıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top