Eldar Əzizov istefa verəcəkmi?

GÜNDƏM 16 aprel 2025, 13:22
Günlərdir Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Bakıda və rayonlarda aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağını bildirmişdi. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalını vermişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün xəbərdarlıqlarına baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti heç bir tədbir görməyib. Hal-hazırda Bakı şəhərində tunelləri, ətraf qəsəbələri su basıb, insanların evlərinə su dolub və vətəndaşlar çıxılmaz vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyəti isə susur.

Bütün bu ekoloji xəbərdarlıqlara baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyətinin heç bir tədbir görməməsi, Bakının iki əsas prospektində, xüsusilə Heydər Əliyev prospektində tunellərin su basması nəticəsində nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb.

Görəsən, bütün bu olanları izləyən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və onun tabeliyindəki qurumlar nə fikirləşir?

Nə üçün bu ekoloji xəbərdarlıqlara baxmayaraq müvafiq tədbirlər görülmür? 

Tunellərin altında olan kanalizasiya xətləri təmizlənmədiyi üçün hal-hazırda həmin tunelləri su basıb. Ərazidə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları fəaliyyət göstərirlər. Onlar insanlara yardım edir və müvafiq tədbirlər görürlər, su basmış ərazilərdə vətəndaşları öz qucaqlarında daşıyırlar.

Amma sual açıq qalır: Bakı Şəhər İcra Hakimiyyəti haradadır? Eldar Əzizov bu acınacaqlı mənzərəyə cavabdeh olduğunu anlayırmı? Və ən əsası – işini görə bilmədiyi üçün istefa verməyi düşünürmü?

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top