Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Bərdə rayonunda vətəndaş qəbulu keçiriləcək.
Demokrat.az “Azəriqaz”a istinadən xəbər verir ki, aprelin 18-də saat 11:00-da YAP-ın inzibati binasında baş tutacaq görüş zamanı Bərdə və Tərtər rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-74-17; 050-845-93-91; 022-236-35-42) müraciət edə bilərlər.