"Bütün dünyada qəfil ana ölümlərinin 3 əsas səbəbi var. Ölkəmizdə qəfil ana ölümləri ən çox hallarda qanaxmadan olur. Qanaxma ilə yanaşı infeksiya və ya trombo emboliya hallarında da ölüm baş verə bilir. İnkişaf etmiş ölkələrdə qanaxma və infeksiya az görüldüyü üçün sıralama tərsinədir".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib.
"Qanaxma və infeksiya hər müdaxilədən sonra yarana biləcək ağırlaşmadır. Bunların hər əməliyyatda özünə xas riskləri var.
Qəfil ana ölümlərinin regionlarımızda daha çox olmasının səbəbi xəstənin əməliyyatdan, doğuşdan sonra aparılması ilə əlaqədar mütəxəssis və avadanlıq baxımından çatışmazlıq olmasıdır. Proses sadəcə ginekoloqla, cərrahla bitmir. Əməliyyatdan sonra yaxşı reanivmotoloq, əlavə mütəxəssislər olmalıdır. Məsələn, xəstədə qanaxmadan sonra laxtalanma pozğunluğu inkişaf edirsə, yaxşı hemotoloq olmalıdır. Əgər xəstənin böyrəyinin işi pozulubda, nefroloq, dializ aparatı olmalıdır. Elektroditlərə, qan qazlarına baxmaq üçün laboratoriya olmalıdır. Bütün bunlar baxımından çatışmazlıq olduğu üçün regionlarda ölüm halları çox olur".
Qeyd edək ki, bu gün Ağdamda hamilə qadın doğuş zamanı kliniki ölüm keçirib, körpə isə həyatını itirib.
Əfsanə Kamal
Demokrat.az