
Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddia edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı valideyndən "Azərbaycan tələbələri" səhifəsinə şikayət daxil olub.
Valideynin iddiasına görə, müəllim dərs zamanı şagirdləri dəyənəklə döyür, psixoloji təzyiqlər göstərir və ailə üzvləri ilə bağlı təhqiramiz ifadələr işlədir.
Valideyn qeyd edir ki, şagirdlər qorxu içində olduqları üçün səs belə çıxara bilmirlər:
"Uşaqlar qorxudan səs edə bilmirlər. Əlimdə bunu sübut edən səs yazısı da mövcuddur".