Cəlilabad rayonunda 1975-ci il təvəllüdlü Zaur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 12 iyul 2024-cü ildə Cəlilabad rayonunun kəndlərindən birində baş verib.
Kənd sakini Zaur həmin gün saat 11 radələrində kənddə yerləşən özünə məxsus fərdi yaşayış evinin içərisində arvadı Nərminənin həyətdə kartof bitkisi əkməməsini bəhanə gətirib və heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin yaxın qohumları hesab edilən doğma oğlu, ögey övladlarının gözləri qarşısında onun burun nahiyəsinə qəsdən yumruq zərbəsi vurub.
Hadisəni törədən Zaurun barəsində Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nərminə ilə təxminən 6 il əvvəl ailə həyatı qurub: “Birgə nikahımızdan bir övladımız olub. Mən Nərminə ilə ailə qurduqdan təxminən iki il sonra Fatimə ilə ailə qurmuşdum. Ondan da övladım olub. Biz birlikdə Cəlilabad rayonunun kəndində olan evdə yaşayırıq. Yaşadığım evdə olan zaman Nərminə ilə arabir aramızda sözlə mübahisə olub. Mən də onun xəstəliyinə görə ona hər hansı bir xəsarət yetirməmişəm. Lakin, son vaxtlar Nərminə sözlərimə baxmadığı üçün nun hərəkətlərindən əsəbləşdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 12 iyul 2024-cü ildə yaşadıqları evdə olan zaman yenidən Nərminə onu əsəbləşdirdiyi üçün əli ilə onun sifət nahiyəsinə vuraraq onu döyüb: “Həmin vaxt bizim yanımızda digər yoldaşım Fatimə və azyaşlı övladlarım olub. Törətdiyim cinayət əməlindən peşmanam. Nərminə ilə barışmışam, mənə qarşı şikayəti yoxdur”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminənin sözlərinə görə, Zaurla yaşadığı müddət ərzində onunla kənddə qalıblar: “Lakin, Zaurla aramızda baş verən mübahisədən sonra mən Cəlilabad şəhərinə anamgilə gəldim. Bir neçə müddətdir ki, Zaur mütəmadi olaraq mənə yaşadığımız kəndi ərazisindəki həyətyanı sahələrimizdə kartof bitkisi əkməyi tapşırdı. Mən də ona kartof əkəcəyimi bildirdim”.
Zərərçəkmiş qeyd edib ki, iyulun 12-də, təxminən saat 11 radələrində onlar evdə olublar: “Yenə də kartof əkmək söhbəti açıldı. Həmin vaxt oğlum və ərim Zaurun digər həyat yoldaşı Fatimdən olan 3 övladı da evdə olub. Evdə bizdən başqa heç kim olmayıb. Zaur məndən kartof əkməyimi tələb etdikdə, yenə də ona əkəcəyimi bildirdim. Zaur kartof əkməməyimə qəzəblənərək burun nahiyəmə yumruq zərbəsi vurdu. Mən zərbə nəticəsində özümü itirdim və yerə yıxıldım. Həmin vaxt Zaur evin həyətinə çıxaraq əlində dəmir parçası gətirdi. O, dəmir parçası ilə mənim baş, sağ göz, alın və kürək nahiyələrimə nizamsız zərbələr vurdu. Mübahisə təxminən 4-5 dəqiqə davam etdi. Mən Zaurdan qorxduğum üçün bu barədə heç kimə məlumat vermədim. Bir neçə gün sonra anam mənim döyülməyimi eşitdi və bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verdi”.
Bu cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zaur 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun kəndindəki fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az