Ukrayna nümayəndə heyəti saziş danışıqları üçün Vaşinqtona getdi

DÜNYA 12 aprel 2025, 11:30
Vaşinqtonda ABŞ-Ukrayna yeraltı sərvətlərə dair yeni saziş üzrə danışıqların cümə günü, aprelin 11-də başlayacağı və iki gün davam edəcəyi gözlənilir.

Demokrat.az  xəbər verir ki, bu barədə “The New York Times”a mənbə bildirib.

Nəşrin mənbəsinin sözlərinə görə, danışıqlar ilk növbədə texniki xarakter daşıyacaq və yüksək rütbəli məmurları əhatə etməyəcək.

Ukrayna hökumətindəki mənbə “İnterfaks-Ukrayna” agentliyinə Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçkanın başçılıq etdiyi nümayəndə heyətinin danışıqlar üçün ABŞ-yə gəldiyini təsdiqləyib. Agentlik həmçinin Vaşinqtonda keçirilən görüşü “texniki” adlandırıb.

Xatırladaq ki, Ukrayna və ABŞ arasında Amerika şirkətlərinin Ukrayna ərazisində nadir torpaq metallarının hasilatına prioritet çıxışı haqqında sazişin fevralın 28-də bağlanması planlaşdırılırdı. Müqaviləni imzalamaq üçün ölkə Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti Vaşinqtona gedib. Lakin Ağ Evdə Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Vens arasında mübahisədən sonra sazişin imzalanması təxirə salınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top