"Bu, daha çox Şimali Kiprin ziyanına işləyəcək məsələdir" — Politoloq

DÜNYA 11 aprel 2025, 19:09
Türk dövlətlərinin – Özbəkistan və Qazaxıstandan sonra Türkmənistanın da yunan Kiprində səfirlik açması müəyyən sualları yaradır.

Bu, Türkiyəyə qarşı atılmış addımdır?

Bununla bağlı Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlama verib.

O bildirib ki, ABŞ Avropa münasibətlərinin kəskinləşməsi fonunda Avropa Birliyinin Mərkəz Asiyaya marağı artıb:

“Mərkəz Asiyaya da Avropa Birliyinə maraq göstərmək istəyir. Mərkəz Asiyanın türk dövlətləri də bu vəziyyətdən istifadə etmək istəyirlər.  Məlum olduğu kimi, uzun bir müddət onların iqtisadiyyatı əsasən, Rusiyadan asılı idi. Artıq Çinlə genişlənən əməkdaşlıq və eyni zamanda Avropa Birliyinin də bölgəyə marağının artması onların Rusiyanın iqtisadi asılılığından qurtulmasına kömək edir. Məsələn, Avropa Birliyi yolunda bu ölkələrin bir çoxu Qərbə doğru inteqrasiya prosesi üçün çalışırlar. Əsasən, bunlar iqtisadi maraqlardır. Çox böyük ehtimalla kreditlərin götürülməsi, Avropa Birliyi ölkələri ilə iqtisadi sahədə əməkdaşlıqların gücəndirilməsi istiqamətində addımlar atılacaq”.  

Politoloq əlavə edib ki, bunun üçün də Avropa Birliyinin böyük ehtimalla ilkin şərtlərindən biri Yunan Kiprinin müstəqil dövlət kimi tanınması, onunla da əlaqələrinin qurulması olub: 

“Çünki Avropa Birliyinin müəyyən layihələrində iştirak etmək, Avropa Birliyi tərəfindən maliyyə vəsaitlərinin alınmasına kömək etmək üçün Yunanıstanın və Yunan Kiprinin məsələyə müdaxiləsi pridmet ola bilər. Bunun əslində Türkiyəyə qarşı edilmiş addım hesab etməzdim.  Sadəcə olaraq həmin ölkələrin Avropa Birliyinlə münasibətləri yumuşaltmaq, iqtisadi maraqlarını təmin etmək üçün atdığı addım kimi qiymətləndirmək daha doğru olar.  Ancaq eyni zamanda bu Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyasınaa inteqrasiya prosesinə də ciddi şəkildə mani olacaq amildir. Məlum olduğu kimi Şimali Kipr Türk Cümhuriyyətə əsasən, Azərbaycan və Türkiyənin dəstəyi ilə TDT-amüşahidəçi statusunu almışdı. Məhz bu proses vəziyyəti kölgələyə sala bilər. Buna görə də düşünürəm ki, əslində bu, daha çox Şimali Kiprin ziyanını işləyəcək məsələdir.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 15:00
Top