ADSEA statistikanı açıqladı: 44 minə yaxın müraciətə baxılıb — FOTOLAR

SOSİAL 11 aprel 2025, 12:02
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Asan xidmət", "ASAN Kommunal" mərkəzlərinə və KOB Evlərinə bu ilin birinci rübündə daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb.

Demokrat.az
xəbər verir ki, satatistikaya əsasən, 14 xidmət istiqaməti üzrə 43971 müraciət daxil olub. Bunlardan 42373 müraciətə baxılıb və xidmət göstərilib. 1598 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.

Qeyd edək ki, 2021-2025-ci illər ərzində daxil olan müraciətin cavablandırılması istiqamətində göstərdiyi fəaliyyətə görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təşəkkürnaməsinə layiq görülüb.

ADSEA tərəfindən göstərilən xidmət səviyyəsinin və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində fəaliyyətlərin təkmilləşdirilməsi davam edir.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top