Bir ailənin 6 üzvü tortdan zəhərləndi — YENİLƏNİB

HADİSƏ 11 aprel 2025, 10:20
TƏBİB Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı məlumat yayıb.

Demokrat.az
xəbər verir ki, qurumdan "Repot"a bildirilib ki, 11.04.2025-ci il tarixində saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub. 

Dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***08:58

Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırmalar başlayıb.


Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".

***08:20

Gəncə şəhərində 6 nəfər qidadan zəhərlənib.

Demokrat.az-ın məlumatına görə, M.İslamova (1955), T.Cəfərova (2008), N.Qədimova (2003), S.İslamova (1976), F.Abbasova (1998) və R.Qədimov (1996) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların tortdan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top