Bu səbəbdən Rusiya ordusunu genişləndirir — Yeni toqquşmalar ola bilər

DÜNYA 10 aprel 2025, 15:34
Rusiya Prezidenti Vladimir Putin 2011-ci ildən bəri ən geniş hərbi çağırışını elan edib, 18-30 yaş arası 160 min kişi hərbi xidmətə çağırılıb. Bu, Rusiyanın 2011-ci ildən bəri ordusunu genişləndirmək səyləri çərçivəsində qeydə aldığı ən yüksək rəqəmdir. Putin ordunu niyə hazırlayır?

Bununla bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlama verib. O qeyd edib ki, Rusiyanın indiki halda ən çox hərbi səfərbərlik etməsi sual doğurur:

“Rusiya-Ukrayna arasında müharibə getməsinə baxmayaraq, qarşıdakı perspektiv, əsas gözlənti budur ki, Ukrayna məsələsi həll olunacaq. Bu halda Rusiyanın bu qədər səfərbərlik etməsinin bir neçə hədəfi ola bilər. Bu, birinci olaraq Ukraynada sülh danışıqları başlamamışdan öncə, yaxud da sülh danışıqları zamanı hərbi cəhbədə uğurlarını böyütmək, genişləndirmək üçündür. İstisna deyil ki, yaxın dövrdə sülh danışıqlarının getdiyi vaxtda Rusiya ordusu Ukraynada bir çox ərazini yenidən işğal etsin. O cümlədən, əsas gözlənti budur ki, sülh danışıqlarının yekununda Rusiyanın işğal etdiyi ərazilər üzərində nəzarət de-fakto  tanına bilər. Rusiya bu əraziləri daha da genişləndirib, daha geniş ərazilər üzərində nəzarəti ələ almaq istəyir.  Gələcək də isə Ukrayna müharibəsi həll olsa belə, bu o demək deyil ki,  Avropa və Rusiya arasında konflikt başa çatıb. Avropa və Rusiya arasında toqquşmalar yarana bilər. Buna görə də Rusiya ordusunu genişləndirir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top