“Bədənin hər hansısa bir yerini əgər ciddi zərurət yoxdursa, dəyişdirmək düzgün deyil. Həmçinin üzdə də gözəllik üçün plastik əməliyyat elətdirmək doğru deyil. İslamda simada və ya bədəndə plastik dəyişikliklərə münasibət bu əməliyyatın səbəbindən və məqsədindən asılı olaraq dəyərləndirilir. Əgər plastik əməliyyat insanın sağlamlığını bərpa etmək, doğuşdan olan qüsuru aradan qaldırmaq və ya qəzadan sonra yaranan deformasiyanı düzəltmək məqsədi daşıyırsa, bu hallarda İslam alimləri bunu caiz sayır. Çünki burada məqsəd Allahın yaratdığı surəti dəyişmək deyil, təbii halı və funksiyanı bərpa etməkdir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
“Sırf gözəllik naminə, öz simasını dəyişmək, burnu, dodaqları və digər üz cizgilərini olduğu haldan fərqli bir formaya salmaq, xüsusilə də bunu bir növ Allahın yaratdığı surətdən narazılıq kimi etmək niyyəti ilə həyata keçirmək İslamda bəyənilmir və bir çox hallarda günah sayılır. Quranda şeytanın insanlara "Allahın yaratdığını dəyişdirməyi" vəd etdiyi qeyd edilir və bu, qadağan olunmuş davranış kimi təqdim edilir (Nisa surəsi, 119-cu ayə). Beləliklə, zərurət halları istisna olmaqla, həddindən artıq plastik dəyişikliklər və estetik əməliyyatlar İslamın fitrətə uyğunluq prinsipinə zidd hesab edilir. Zərurət olmadan belə etmək insani cəhətdən də doğru deyil”.
Əfsanə Kamal
Demokrat.az