Daha bir güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

İDMAN 09 aprel 2025, 22:20
Azərbaycanın sərbəst güləşçisi Ağanəzər Novruzov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Demokrat.az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanova (Bolqarıstan) qalib gəlib.

Qeyd edək ki, ötən gün təmsilçilərimizdən İslam Bazarqanov (57 kq) Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top