Azərbaycanın bölgələrinin sosial-iqtisadi həyatının işıqlandırılması üzrə ixtisaslaşmış YURD.MEDİA xəbər portalı fəaliyyətə başlayıb.
Demokrat.az xəbər verir ki, sayt ölkənin hər guşəsindən son xəbərləri çatdırmaqla yanaşı regionlarının inkişafı ilə bağlı reportajlar, araşdırmalar təqdim etməyi hədəfləyir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkənin paytaxtı və regionlarının tarazlı inkişafına nail olunması ayrıca hədəf kimi seçilib.
“Ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf etmişdir. Uzunmüddətli dövrdə əsas məqsədimiz regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır”, - sənəddə qeyd olunub.
Məhz bu səbəbdən YURD.MEDİA regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan istifadə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda aparılan islahatlar, əhalinin məşğulluğu, infrastrukturun yeniləşdirilməsi, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerlərinin yaradılması sahəsində həyata keçirilən işlər və mövcud problemləri əhatə edən materialların hazırlanmasını qarşıya əsas məqsəd kimi qoyub.
Saytda yazılar həm müvafiq kateqoriyalar üzrə, həm iqtisadi rayonlar və ayrılıqda hər rayon və şəhərlər üzrə çeşidlənib. Kompüterdən daxil olanlar isə xəritədən də seçim edib istədikləri bölgəyə aid xəbərləri oxuya bilərlər.
Yurd.media xəbərlərlə yanaşı bölgələrin ictimai-sosial həyatı ilə bağlı fikirləri olan müəlliflərin yazıları üçün köşə ayırıb.
Həmçinin, saytın Sorğu bölməsində cəmiyyətin aktual məsələləri ilə bağlı oxucuların rəyini öyrənmək məqsədilə səsvermələr yerləşdirilr.
Saytın təsisçi və baş redaktoru Murad Əliyevdir.