“Euronews” telekanalı İqtisadi Əməkdaşlıq Təşkilatının iyulun 3-4-də Xankəndidə keçirilən 17-ci Zirvə Görüşü ilə bağlı xüsusi reportaj hazırlayıb.
Demokrat.az-ın məlumatına görə, reportajda qeyd olunur ki, Zirvə Görüşündə liderlər əsas diqqəti üzv dövlətlər və dəvət olunmuş ölkələr arasında ticarət, nəqliyyat dəhlizləri və regional əlaqələrin gücləndirilməsinə yönəldiblər.
İƏT-in Baş katibi Əsəd Məcid Xan bildirib ki, sammitdə nəqliyyat dəhlizlərinin inteqrasiyasının inkişafı üçün prioritetlər müəyyən edilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov regional bazarların birləşməsində ölkənin rolunu vurğulayıb. Pakistan nümayəndə heyəti sammitin diplomatik potensialına, Nigeriya nümayəndəsi isə çoxtərəfli əməkdaşlığa diqqət çəkib.
Yekun bəyannamədə ticarət maneələrinin azaldılması, transsərhəd infrastrukturun dəstəklənməsi və İƏT daxilində ticarətin indiki 8 faizdən çox artırılması çağırışı əks edilib.